Mal-qara oğruları ifşa edildi

Mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb. Avtosfer.az xəbər verir ki, əməliyyatı Quba polisi keçirib. Rayon ərazisində mal-qara oğurlamaqda şübhəli bilinən 2 nəfər-Quba sakini Amil Əmirov və Bakı şəhər sakini Asif Vəliyev tutulub.
Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs əvvəlcədən əlbir olaraq rayonun Səbətlər və Amsar kəndlərindən 8 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan, eləcə də 1 baş at oğurlayaraq satıblar. Amil Əmirov deyib ki, oğurluq etməyi 2 ilə yaxındır tanıdığı Asif Vəliyev təklif edib.
Quba polisinin keçirdiyi digər əməliyyatla isə evlərdən elektrik naqillərini oğurlayan dəstə yaxalanıb. Rayon sakinləri Sabir Orucov, Taleh Abıyev, Qalib Əlibəyov və əvvəllər məhkum olunmuş Zöhrab Həsənov ayrı-ayrı vaxtlarda tikilməkdə olan 4 evdən ümumilikdə 3430 metr elektrik naqilini oğurlamaqla ev sahiblərinə 1385 manat maddi ziyan vurub. Saxlanılan şəxslər həmin naqilləri yandıraraq əlvan metal qəbulu məntəqəsinə satıblar və pulu öz aralarında bölüblər.
Keçirilən daha bir əməliyyatla isə dəfələrlə məhkum olunmuş rayon sakini Xəyyam Muradov saxlanılıb.
Məlum olub ki, o, evlərdən birinin qapısının sındıraraq içəri daxil olub və oradan 3 ədəd xalça və qab-qacaq dəstlərini oğurlayıb. O, hər birinin dəyəri təxminən 1000-1200 manat olan xalçalardan ikisini ucuz qiymətə satdığını bildirib. Hər 3 faktla bağlı cinayət işi başlnılıb.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












