Malayziyada təyyarənin itməsi ilə əlaqədar dispetçerlər cəzalandırılacaq

Malayziya hökuməti dörd il bundan əvvəl Kuala Lumpurdan Pekinə MH370 reysi ilə uçan təyyarənin itməsi ilə əlaqədar aviadispetçerlərin cəzalandırılması üçün daxili komissiyanın yaradılması barədə qərar qəbul edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bununla əlaqədar nazirin sözlərini sitat gətirən qəzet yazır: “MH370 reysi ilə bağlı hesabatda bildirilir ki, hadisə zamanı standart iş prosedurlarının pozulmasına yol verilib və buna görə də müvafiq qərar qəbul edilməlidir. Məsələni mürəkkəbləşdirən məqam isə ondan ibarətdir ki, həmin vaxt Mülki Aviasiya Departamentinin (MAD) tabeliyində olan aviadispetçerlər hazırda Malayziya Mülki Aviasiya İdarəsinin (MMAİ) tabeliyindədirlər”. Nazir əlavə edib ki, hökumət daxili komissiyanın qərarını gözləyəcək. Nəşr əlavə olaraq bildirir ki, 2014-cü ildə MAD-ın baş direktoru olan Azharuddin Abd Rahman hazırda MMAİ-nin sədridir və o öz vəzifəsindən istefa verdiyini bəyan edib. Xatırladaq ki, MH370 reysi ilə uçan təyyarənin itməsini araşdıran Malayziya dövlət komissiyasının iyulun 30-da dərc etdiyi hesabatda təyyarənin itməsi səbəblərinin tam aydın olmadığı bildirilir. Eyni zamanda, təyyarənin əsas hissəsinin parçalarının yerləşdiyi ərazi də tapılmayıb. Hesabatda komissiyanın rəyinə görə, Vyetnamın və Malayziyanın yerdəki uçuşa nəzarət orqanları təyyarə ilə əlaqənin saxlanması zamanı bir sıra səhvlərə yol veriblər. Məhz bu səhvlər gözlənilmədən marşrutdan yayınaraq, Hind okeanına istiqamət götürən təyyarəni sonadək izləməyə imkan verməyib.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












