Maraqlı hadisə: İnək canavara hücum etdi, ev sahibini qurtardı

"Yoldaşım övladımı məktəbə apararkən bu olay baş vermişdi. Canavar bizim məhləmizə çatanadək artıq iki nəfəri yaralamışdı. Övladımızı canavarın hücumundan qorumaq üçün həyat yoldaşım özünü qabağa ataraq uşağı qoruyub". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında noyabrın 29-unda Astara rayonunun Şüvi kəndinə canavar hücumuna məruz qalan Jalə Firudinzadənin həyat yoldaşı Rübail Abdullayev deyib.
İlk dəfədir ki, kəndlərində bu cür hadisənin baş verdiyini deyən R.Abdullayev sonradan bir nəfərin də yaralandığını deyib: "Canavar həyat yoldaşımın üz-gözünü yaralamışdı. Daha sonra qonşunun inəyi canavara hücum etdiyi üçün yoldaşım özünü xilas edə bilib. Canavar bizim məhəllənin önündən ayrıldıqdan sonra isə 9 yaşlı digər bir məktəbliyə hücum edib".
Zərərçəkmişin həyat yoldaşının sözlərinə görə, hadisə ilə əlaqədar olaraq polis və icra başçısı onlara baş çəkib, Bakıda pulsuz olaraq müalicə və müayinə təşkil olunub.
"Artıq yoldaşıma quduzluğa qarşı vaksinlər vurulub. Bir neçə gün sonra sonuncu vaksini vurduracağıq. Həkimlərin sözlərinə görə, heç bir təhlükə yoxdur" – deyə R.Abdullayev bildirib.
Həyat yoldaşının sözlərinə görə, bu hadisə fəsadsız da ötüşməyib: "Bu hadisənin əsas fəsadı ürək çırpıntısı və baş ağrılarıdır. Bundan başqa stress və qorxu da var".
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










