Marixuana festivalının təşkilatçısı saxlanıldı - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə "Ana dili" ("Deda ena") parkında keçirilməsi nəzərdə tutulan marixuana festivalı planlaşdırıldığı formada baş tutmayıb. Avtosfer.az “Report”a istinadən bildirir ki, festivalın təyin olunduğu vaxtdan bir neçə saat öncə "Ana dili" parkı polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Tədbir başlayana qədər festivalın təşkilatçısı olan "Girçi" partiyasının bir neçə üzvü polis tərəfindən saxlanılıb. Festival təşkilatçılarına parkda avadanlıq quraşdırmağa icazə verilməyib. Parkda həmçinin marixuana festivalına qarşı olan vətəndaşlar və ictimai fəallar da etiraz aksiyası keçiriblər. Polis əməkdaşları tərəflər arasında qarşıdurmanın yaranmasına yol verilməməsi üçün canlı sədd yaradıb. Marixuananın leqallaşdırılmasının tərəfdarları qarşısında "Girçi" partiyasının lideri, prezidentliyə namizəd Zurab Caparidze çıxış edib. O, çıxışının sonunda ətrafında olanlara marixuana paylamağa başlayıb. Bu zaman polis əməkdaşları Z.Caparidzeni saxlayıblar. Eyni zamanda 10-a yaxın şəxs də saxlanılaraq park ərazisindən uzaqlaşdırılıb. Qeyd edək ki, Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA


















