Marixuananın istehsalına və satışına icazə verildi

Yeni Zelandiya Parlamenti tibbi məqsədlər üçün marixuananın istehsalına və satışına icazə verən qanun qəbul edib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, ölkənin səhiyyə naziri David Klark bildirib ki, yeni qanun marixuanadan hazırlanan keyfiyyətli dərman vasitələrinin əhaliyə çatdırılmasını təmin edəcək, həmçinin belə dərmanların ölkədə də istehsalına imkan yaradacaq. Marixuanadan hazırlanacaq məhsullara dair lisenziya verilməsinin rəsmi normaları, qaydaları, standartları yeni qanunun qüvvəyə minməsindən sonra bir il ərzində tətbiq olunacaq. Marixuanadan hazırlanan bütün dərmanlar yalnız həkim resepti əsasında satılacaq. Hökumət həmçinin marixuana və ondan hazırlanan dava-dərmanın istehsalına nəzarət edəcək işçi qrupu yaratmağı nəzərdə tutur.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










