Marketlərdə qiymətlər il boyu artacaq, “endirim” sözünə aldanmayın – EKSPERTDƏN XƏBƏRDARLIQ - FOTO

Ərzaq qiymətlərindəki artım fonunda marketlərdə “endirim” reklamlarının sayında azalma müşahidə olunmur. Əksinə, bir çox satış nöqtələrində demək olar ki, hər gün yeni kampaniyalar elan olunur. Bu, ilk baxışda ziddiyyətli görünsə də, əslində, satış strategiyalarının bir hissəsidir.
Qiymət artımı və alıcılıq qabiliyyətinin zəifləməsi fonunda alıcılar daha çox fürsət axtarır və məhsul seçimində "endirim" etiketi mühüm rol oynayır. Marketlər də bu psixoloji faktordan istifadə edərək məhsulların əvvəlki qiymətlərini süni şəkildə şişirdib, üzərinə "endirim" tətbiq edirlər. Nəticədə, məhsulun əsl qiyməti dəyişməsə belə, alıcıda qənaət etdiyi təəssüratı yaranır və alış qərarı verilir.
Bu üsul marketlər üçün həm dövriyyəni artırmaq, həm də alıcı marağını canlı saxlamaq baxımından effektiv sayılır. Əslində, endirim anlayışı real ucuzlaşmadan daha çox, alıcıya yönəlik emosional təsir vasitəsidir.
Bəs qiymətlər qalxdıqca bu “endirim” strategiyası alıcı davranışına necə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, qiymətlər qalxır və il ərzində də qalxmağa davam edəcək:

“İndiki inflyasiya qiymətləri, ödənişli xidmətlərdə daha sürətlə artır, nəinki qeyri-ərzaq məhsullarında. Qiymətlərin qalxması inflyasiyanın səbəblərindən biridir və ərzaq qiymətləri ilə birbaşa əlaqədardır.
Endirim kampaniyalarının qiymət artımına aidiyyəti yoxdur. Sadəcə vətəndaşlar “endirim” sözünə həvəslidirlər və maraqlanırlar. Endirim görəndə alış qərarı verirlər. Ona görə də şirkətlər bu fürsətdən istifadə edir. Məsələn, məhsulun qiyməti 10 manatdır, amma görürlər ki, vətəndaş almır. Bu halda yazırlar ki, əvvəlki qiymət 15 manat olub, indi isə 10 manata “endirimlə” satılır. Alıcı düşünür ki, fürsətdir, qaçırmamalıdır, alır”.
Ekspert əlavə olaraq qeyd edib ki, alıcıların davranışına təsir edən marketinq alətidir:
.jpg)
“Elə düşünməyin ki, endirim kampaniyası həqiqətən şirkətin ziyanına satışıdır. Sadəcə alıcılar qərar verərkən “endirim” onlar üçün əlavə bir sütun, bir meyar olur və qərarvermələrində rol oynayır.
Bakıda da bu üsuldan istifadə olunur, sadəcə bəziləri bunun fərqində deyil”.
Eltac Zülfüqaroğlu
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ












