Marsa göndəriləcək altıtəkərli qurğunun sınağı uğursuz olub

2020-ci ildə Marsa göndərilməsi nəzərdə tutulan altıtəkərli roverin istilikqoruyucu qurğusunun sınağı uğursuzluqla nəticələnib. Avtosfer.az metbuat.az-a istinadən xəbər verir ki, bu ay keçirilən sınaq zamanı roverin qırmızı planetin yaxınlığındakı güclü istini tənzimləmək üçün nəzərdə tutulan qurğusunda çat meydana gəlib. ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi bununla bağlı bəyanatında bildirib ki, müvafiq detallar üzərində yenidən iş aparılacaq və bu problemin roverin nəzərdə tutulduğu vaxt kosmosa göndərilməsinə təsiri olmayacaq.
Roverin Mars planetində qayaları parçalayaraq süxurlarda mikrobioloji əlamətləri tədqiq etməsi üçün 2 milyard dollar vəsait ayrılıb. Gələcəkdə qırmızı planetə pilotlu missiya göndərilməsi də planlaşdırılır. Astronomlar roverin göndərilmə vaxtını da göy cisimlərinin mövqeyinə uyğun müəyyən edəcəklər. Belə ki, 2020-ci ilin iyul və avqust aylarında Yer və Mars planetlərinin daha yaxın məsafədə olması missiya üçün daha az enerji sərfi və qırmızı planetə daha asan yaxınlaşmağa imkan verəcək.
Sınaq zamanı problemlə üzləşmiş istilikqoruyucu qurğu isə Marsa doğru roverin saatda 19550 kilometr sürətlə hərəkəti zamanı Farenheyt şkalası üzrə 3800 dərəcəyə (Selsi şkalasında 2100 dərəcə) yüksələcək istini tənzimləmək funksiyasını yerinə yetirəcək. Bu qurğu qırmızı planetin səthindən 8 kilometr yuxarıda roverdən ayrılacaq və Mars gəmisinin əsas korpusu “fəza kranı” adlanan aparat vasitəsilə Marsın səthinə endiriləcək.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












