Marsa virtual səyahət etmək mümkün olacaq

Yeni “Google Mars” layihəsi Qırmızı planetə 225 km məsafədə virtual səyahət etməyə imkan verir. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, planetin ən ətraflı xəritələrindən biri ABŞ Kosmik Agentliyinin (NASA) peyklərindən toplanan məlumatlar və agentlik və Arizona Universitetinin alimlərinin birgə fəaliyyəti əsasında tərtib olunub. Xəritədə Mars səthi ilə müxtəlif rejimlər vasitəsilə tanış olmaq mümkündür. Yüksəkliklər xəritəsində planetin relyefini, onun kraterlərini və təpələrini öyrənmək olar. Spektrin görünmə sahəsi Marsın boz konturlarını göstərməklə səthə daha ətraflı baxmağa imkan verir. Bundan əlavə, Mars səthinin infraqırmızı spektrli şəkillərindən istifadə etmək olar. Burada isə planetin temperatur xəritəsi ilə tanış olmaq mümkündür. İnterfeys “Google Maps” servisi istifadəçilərinə çox yaxşı tanışdır. Xəritə kompüter “mouse”u vasitəsilə Mars üzərində “hərəkət etməyə” imkan verir, ayrı-ayrı keçidlər isə düzənliklərə, dağ silsilələrinə, kraterlərə, dağlara, kanyonlara və qum təpələrinə aparır. Bundan başqa, pulsuz “Google Earth Pro” əlavəsi Qırmızı planet səthinin “3D” modelinə baxmağa imkan verəcək.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












