Marsa yeni missiya üçün paraşütün sınaqları keçirilib - VİDEO

ABŞ Kosmik Agentliyi (NASA) “ASPIRE” (Advanced Supersonic Parachute Inflation Research Experiment) proqramı çərçivəsində “Mars 2020” missiyası üçün istifadə ediləcək yeni paraşütün sınaqlarını keçirib. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, raket buraxılışlarının məqsədi Marsa gələcək missiya üçün daha effektiv paraşüt dizaynının müəyyənləşdirilməsindən ibarətdir. Mühəndislərin sözlərinə görə, çəkisi 1050 kq təşkil edən tədqiqat robotunun enməsinə görə məsuliyyət daşıyacaq paraşüt Mars planetinə yeni kosmik aparatın enişi zamanı vacib rol oynayacaq. Məlumata görə, sınaq buraxılışları sentyabrın 7-də “Black Brant IX” raketi vasitəsilə həyata keçirilib. Yerə atılan faydalı yüklü konteyner atmosferdən keçən zaman öz paraşütünü lazımi yüksəklikdə rekord sürətlə açıb. Testlər zamanı tədqiqatçılar tərəfindən iki müxtəlif paraşüt qiymətləndirilib. İlk sınaq uçuşu zamanı yük 2012-ci ildə Marsa eniş üçün istifadə edilmiş paraşütün açılmasını dəqiqliklə təkrarlayıb. İkinci və üçüncü buraxılışlarda möhkəm materiallarla gücləndirilmiş eyniölçülü paraşütlərdən istifadə edilib. 2020-ci ildə Marsa ən ağır faydalı yükün çatdırılacağı ilə əlaqədar olaraq paraşüt vəzifəsinin öhdəsindən ilk dəfədə gəlməlidir.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










