Marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləğv edildi - BNA

Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləğv edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.Az-a verilən xəbərə görə, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir.
"Bakı Nəqliyyat Agentliyi 3-4 iyul tarixlərində sərnişin daşınmasını xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir. Bununla yanaşı, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığımızı bildiririk," - deyə məlumatda vurğulanıb.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












