Masallıda müəmmalı hadisə: iki gündə eyni həyətdə 8 yanğın necə baş verib... - VİDEO

Masallı rayonunda bir neçə gündür ki, müəmmalı yanğınlar olur. Həyətdə ev, təsərrüfat tikililəri, avtomobillər naməlum şəraitdə yandırılır. Avtosfer.az-ın məlumatına görə, iki gün ərzində eyni həyətdə 8 yanğın olub. Ümumilikdə ev, 2 avtomobil, tövlə və ot tayası yanıb. Müəmmalı yanğın hadisəsi Masallı rayonunun Bədalan kəndində baş verib. İlk yanğın kənd sakini Nicat Həsənova məxsus beşotaqlı evin birinci mərtəbəsində qeydə alınıb. Yanğının əhatəsi az olduğundan ailə üzvləri tez bir zamanda onun qarşısını ala biliblər. Lakin həmin evin 2-ci mərtəbəsində daha da şiddətli yanğın olub. Həsənovlar ailəsinin həyətində olan müəmmalı yanğın bununla da bitməyib. Bir gün sonra yanmış evin tullantılarının daşınması üçün həyətə yük maşını gətirilib. Həmin maşının kabinəsi naməlum şəraitdə qəfil yanmağa başlayıb. Bunun ardınca analoji yanğınlar Nicat Həsənovla eyni həyətdə yaşayan qardaşı Zəfər Həsənovun avtomobilində və tövləsində, eləcə də ot tayasında da baş verib. Ümumilikdə isə iki gün ərazində Həsənovlar ailəsinə məxsus həyətdə 8 yanğın hadisəsi qeydə alınıb. Sonuncu yanğınlar zamanı ot tayasının ətrafında kibrit çöplərinin tapılması hadisənin qəsdən törədilməsi ehtimalını gücləndirir. Lakin ayrı-ayrı yerlərdə qəfil yanğın baş verməsi müəmmalı olaraq qalır. Artıq faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












