Maşın-maşın gil daşıyan şəxslə bağlı prokurorluğa müraciət olundu - Abşerondan

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron rayonu Pirəkəşkül kəndində gilin daşınması ilə məşğul olan şəxs barədə tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna müraciət edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən icazəsiz 2222 kub.m həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub. Araşdırma zamanı gilin daşınmasına rəhbərlik edən şəxsin Abşeron rayon sakini Nəbi Vəlizadə olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 12 221 manat məbləğində ziyan dəydiyi məlum olub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












