Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi

Hörmüz boğazındakı gərginlik avtomobil yağları bazarına da təsirsiz ötüşmür. Xüsusən də Avropadan gələn bəzi yağ markalarında qiymət artımı qeydə alınıb. Satıçılar bildirirlər ki, əvvəllər 100 manata satılan bəzi məhsullar indi 120-125 manata təklif olunur. Bu artım bütün yağlara aid edilməsə də, ayrı-ayrı markalar üzrə bahalaşmanın başladığı qeyd olunur
Bazarın bütün seqmentlərində isə eyni mənzərə yoxdur. Bəzi servis və satış nöqtələrində qiymətlər hələ dəyişməyib. Bunun əsas səbəbi mövcud ehtiyatların əvvəlki qiymətlərlə alınmasıdır.
Ancaq bəzi məhsulların tükənməsi yaxın dövrdə artımın daha geniş hiss olunacağı ehtimalını gücləndirir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Bizim.Media"ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycanda avtomobil yağlarının bahalaşmasının əsas səbəbinin dünya bazarında neft və enerji qiymətlərinin artması olduğunu bildirib.
“Avtomobil yağı neft məhsulu olduğu üçün xammal bahalaşanda onun qiyməti də yüksəlir. Bununla yanaşı, ölkəyə idxal olunan yağlar, xüsusilə Avropadan gətirilən məhsullar artıq daha baha qiymətə gəlir və yeni partiyalar bazara yüksək qiymətlə daxil olur. Digər səbəb daşınma və logistika xərclərinin artmasıdır. Beynəlxalq marşrutlarda risklər və gecikmələr nəqliyyat xərclərini yüksəldir, bu da məhsulun son qiymətinə təsir edir. Eyni zamanda ümumi inflyasiya və istehsal xərclərinin artması da qiymətlərin yüksəlməsinə səbəb olur. Bəzi yerlərdə qiymət artımı hələ tam hiss olunmaya bilər, çünki hələ əvvəlki ucuz mallar satılır. Amma bu ehtiyatlar bitdikcə bazarda qiymətlər ümumi şəkildə yüksəlir. Ona görə də digər məhsullar kimi avtomobil yağları yaxın günlərdə bir qədər də bahalaşacaq”.
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA












