“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA

Avtomobillərdə təhlükəsizlik kəmərindən istifadənin məcburi olduğu halda, avtobuslarda sərnişinlərin ayaqüstə hərəkət etməsinə icazə verilməsi sual doğurub.
Bir vətəndaş sosial şəbəkədə paylaşım edərək avtomobillərdə təhlükəsizlik kəmərindən istifadənin məcburi olduğu halda, avtobuslarda sərnişinlərin ayaqüstə getməsinə icazə verilməsini tənqid edib.
Vətəndaş bildirib ki, hər iki halda sərnişinlərin təhlükəsizliyi əsas götürülürsə, avtobuslarda ayaqüstə hərəkət edən insanların qəza zamanı hansı səviyyədə qorunduğu aydın deyil.
Bəs avtobuslarda ayaqüstə sərnişin daşınmasına hansı hallarda icazə verilir? Şəhərdaxili avtobuslarla digər sərnişin daşımaları arasında təhlükəsizlik baxımından hansı fərqlər var?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, şəhərdaxili müntəzəm marşrut avtobuslarında ayaqüstə sərnişin daşınmasına qanunvericiliklə icazə verilir:
"Bu, "Yol hərəkəti haqqında” Qanunun tələbidir. İctimai nəqliyyatda ayaqüstə sərnişin daşımağa icazə var, sərnişinlərin isə kəmər taxması məcburi deyil. Şəhərdaxili müntəzəm marşrutlardan söhbət gedir. Şəhərətrafı, yaxud digər sərnişin daşımalarından, deyək ki, rayonlararası, şəhərlərarası daşımalarından söhbət gedirsə, onlarda təhlükəsizlik kəmərindən istifadə məcburidir”.
Ekspert şəhərdaxili avtobuslarda təhlükəsizlik kəmərindən istifadəyə nəzarətin praktiki baxımdan çətin olduğunu qeyd edib:
"Buna nəzarət olunurmu? Xeyr. Çünki böyük tutumlu avtobusdur, hər tərəfi pərdə ilə bağlıdır. Kim ona nəzarət edəcək ki, içəridəki sərnişinlər kəmər taxıblar, ya yox? Lap olsun müntəzəm sərnişin avtobusları. Orada birincisi, sürət aşağıdır. Yəni o qədər də yüksək sürət yoxdur. Düzdür, bəzi ərazilərdə sürətlə hərəkət edən avtobuslar görürük. Amma indi qanunvericilik bunu belə müəyyənləşdirib, qaydalar bu formadadır”.
E.Muradlı təhlükəsizlik kəmərindən istifadənin əhəmiyyətini vurğulayaraq sürücülərin və sərnişinlərin bu məsələyə məsuliyyətlə yanaşmalı olduğunu bildirib:
"İndi həmin vətəndaş kəmər taxmamaq üçün min cür bəhanə axtarır. Amma bir gün maşın harasa çırpılanda həmin vətəndaş da avtomobilin qabaq şüşəsindən uçub yola çırpılanda onda başa düşəcək ki, kəmər nə üçün lazımdır. Bu yaxınlarda Bakı Dövlət Yol Polisi İdarəsi məlumat yaymışdı. Yuxulu sürücü "Toyota Prado” markalı avtomobillə qəza törədir və sürücünün sonrakı etirafına biz baxırıq ki, həmin an onun ölməməsinin səbəbi təhlükəsizlik kəmərinin taxılması olub. Yəni kəməri taxmasaydı, o maşın zərbə anında bu sürücünü atacaqdı kənara, asfalta çırpıb öldürəcəkdi”.
E.Muradlı qeyd edib ki, avtobuslarda ayaqüstə sərnişin daşınması ilə avtomobillərdə təhlükəsizlik kəmərinin məcburi olması arasında birbaşa müqayisə aparmaq düzgün deyil:
"Yəni bu təhlükəsizlik kəmərinin əhəmiyyətsiz olduğunu düşünmək sadəlövhlükdür. Kimlərsə təhlükəsizlik kəmərini taxmamaq üçün hər cür oyuna əl atır, hər cür variant fikirləşir. Adamın nə qədər boş, bekar vaxtı varsa, oturub bunu müzakirə edir, araşdırır, təhlil edir ki, niyə avtobusda kəmər taxılmır, sərnişin ayaqüstə hərəkət edir, amma avtomobildə kəmər məcburidir? Bu necə olur? Məntiq görmürəm”./azxeber.com
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












