Maşından qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin sağ və sol yan "qanadları"nın içində - hər birində 5 ədəd olmaqla 44 konvalyut "Cortair", hər birində 10 ədəd olmaqla 29 konvalyut "Hydrea", hər brində 10 ədəd olmaqla 71 konvalyut "Aris", hər birində 10 ədəd olmaqla 30 konvalyut "Anti-asidoz", hər birində 10 ədəd olmaqla 8 konvalyut "Novartis Glavus Met", hər birində 7 ədəd olmaqla 41 konvalyut "Janumet", hər birində 30 kapsula olmaqla 7 qutu "Spiriva", hər birində 14 ədəd olmaqla 4 qutu "Augmentin" və hər birində 20 ədəd olmaqla 3 qutu "Prendol" markalı dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












