Maşını etibarnamə ilə sürənlərə PİS XƏBƏR: İyunun 16-dan etibarən...

İcbari avtomobil sığortası sahəsində edilən son dəyişikliklərə əsasən, etibarnamə ilə avtomobili idarə etmək hüququ olan şəxslərin sığorta tarixçəsi də nəzərə alınacaq. Bu yeniliyin sürücülərin məsuliyyətinə və sığorta sisteminə təsiri maraq doğuran məsələlərdəndir.
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dəyişikliklərin əsas məqsədi məhz sığorta tarixçəsinin hər bir sürücünün özü ilə əlaqələndirilməsidir.
“Əslində elə bu yeniliyin əsas məqsədi də budur. Tarixçə məsələsi artıq hər kəsin özünə aid olan bir məsələ olacaq. Etibarnamə ilə olsa belə, burada sürücülərin üzərinə böyük məsuliyyət düşür”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, gələcəkdə sürücüləri narahat edən digər məsələlərin də sığorta şirkətləri tərəfindən nəzərə alınması məqsədəuyğun olardı:
“Mən düşünürəm ki, gələcəkdə sürücüləri narahat edən məsələləri də sığorta şirkətləri nəzərə alsalar, çox yaxşı olar. Ən azından ödənişlər məsələsində məbləğlərə baxmaq olar. Digər məqamlar da var ki, onlara da diqqət yetirilməlidir”.
E.Muradlı bildirib ki, yeni qaydalara əsasən, etibarnamə verilmiş avtomobillərlə bağlı risklər hesablanarkən ən yüksək risk göstəricisi əsas götürüləcək:
“Etibarnamənin verilməsi artıq o deməkdir ki, əmsallar hesablanarkən əvvəlkindən fərqli olaraq, ən ağır şərtlər kimin üzərindədirsə, sığorta hesablamaları da ona uyğun aparılacaq. Yəni etibarnamə olsa belə, həmin avtomobillə bağlı qəza baş veribsə, ən yüksək hədd əsas götürüləcək”.
Ekspertin fikrincə, bu dəyişikliklərdən sonra sığorta haqqını azaltmaq məqsədilə etibarnamədən istifadə etməklə məsuliyyətdən yayınmaq mümkün olmayacaq:
“Bu artıq o deməkdir ki, əvvəl istifadə olunan digər variantlar keçərli olmayacaq. Buna görə də sürücülər yol-nəqliyyat hadisələri törətməmək üçün mümkün qədər yol hərəkəti qaydalarına və yol təhlükəsizliyi tələblərinə əməl etməlidirlər”.
Elməddin Muradlı vurğulayıb ki, sürücülər üçün ən düzgün yol təhlükəsiz və məsuliyyətli idarəetmədir. Onun sözlərinə görə, yaxşı sığorta tarixçəsini qorumağın ən effektiv yolu da məhz qaydalara riayət etməkdən keçir./referans.media
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












