Maşını səs-küylə sürənlərin nəzərinə - Bunu bilirsiniz?

Şəhərin mərkəzi, insanların çoxluq təşkil etdiyi küçələrdə demək olar ki, hər gün yüksək səslə avtomobil idarə edən şəxslərə şahidlik edirik. Xüsusilə, pik saatlarda bu hala daha çox rast gəlinir. Bu da ətrafdakı insanların narazılığına səbəb olur, rahatlığını pozur.
İnzibati Xətalar Məcəlləsinin 521 - “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” maddəsində mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Bəs, günün digər saatlarında da eyni görüntünü yaradan şəxslər üçün cərimə tətbiq oluna bilər?
Avtosfer.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, bu ictimai asayişin pozulması kimi qiymətləndirilir:
“Əlbəttə, bu cür musiqilərin yüksək səslə verilməsi səs terroru kimi bir şeydir. Belə məsələlələrdə vətəndaşların daha çox ictimai asayişini yaxud asudə vaxtını xoş olmayan bir şəkildə təsir edən fəaliyyət kimi qiymətləndirilib addımlar atıla bilər. Burada ictimai asayişin pozulmasından söhbət gedir.
Bir də görürsən ki, insanların kütləvi yığışdığı yerdə maşında böyük səslə meyxana, yaxud rok musiqisi səsləndirirək onların rahatlığını pozurlar. Onda bu cərimələrdən söhbət gedə bilir. Amma normalda kimsə ucadan normal mahnı dinləyirsə, bunun cəriməsi nəzərdə tutula bilməz”.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












