Maşını vağzalın önünə park edənlərə görə sürücülər 4 saatdır gözləyir - VİDEO

Sumqayıt sakinləri şəhərin bir sıra yollarında sürücülərin yaratdığı vəziyyətdən narazıdırlar.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhərinin Üzeyir Hacıbəyov və Çerkassi küçələrinin kəsişməsində bəzi sürücülərin qaydaları kobud şəkildə pozması ərazidə xaosa səbəb olur. Belə ki, qeyd edilən küçələrin kəsişməsində Sumqayıt dəmiryol vağzalı yerləşir. Səhər saatlarında Bakıya işə və ya dərsə gedən şəxslər avtomobili vağzalın yaxınlığında necə gəldi park edir. Günün hansısa saatında əraziyə sərnişin mindirib düşürməyə yaxınlaşan avtomobil idarəçiləri isə çıxılmaz vəziyyətdə qalır. Analoji hal dünən axşam saatlarında da yaşanıb. Belə ki, “Formula 1” yarışlarının şərhçisi Rahim Əliyev avtomobili ilə ərazidən keçərkən bir neçə sürücünün məyus halda dayanıb gözlədiyinin şahidi olub. Onlardan nə baş verdiyini soruşduqda isə hansısa sürücünün maşını qaydalara zidd parklaması nəticəsində yolda qaldıqlarını bildiriblər. Maşınını ərazidən çıxarmaq üçün isə sürücülər 4 saatmış ki, vətəndaşın qatardand üşüb avtomobilə yaxınlaşmasını gözləyirlər.
Şərhçi qeyd edib ki, daha əvvəl belə bir vəziyyətlə özü də üzləşib və sürücünü 40 dəqiqə gözləməli olub. O bu cür məsuliyyətsiz sürücüləri tənqid edərək, “insanın öz ağlı olmalıdır, düşünməlidir ki, mən bu insanlar üçün yolu bağlayıram” deyib.
Rahim Əliyev qeyd edib ki, yaranan vəziyyətin Azərbaycan Dəmir Yolları ilə bir aidiyyəti yoxdur. Çünki ərazi vağzala aid deyil və bu halın aradan qaldırılması üçün müvafiq qurumlar hərəkətə keçməlidir.
Şəhər sakinləri də sosial şəbəkələrdə vağzalın qarşısındakı xaosdan şikayətlənib. Onlar vurğulayır ki, ətrafa səpələnən taksilər, eləcə də sərnişin düşürən sürücülər maşını harada gəldi saxlayırlar. Nə vətəndaşlar dayanacaqdan avtobusa minə bilir, nə avtobuslar dayanacağa yaxınlaşa bilir. Kimin ürəyi necə istəsə, elə də hərəkət edir.
Səfər
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












