Maşınını sığorta etdirib, amma cərimələnib - VİDEO

Bakıda avtomobilinin icbari sığortası olan sürücüyə elektron protokol tərtib edilib. İcbari sığortası var, amma ünvanına cərimə protokolu göndərilib. Özəl şirkətlərdən birinə məxsus kiçik tutumlu yük avtomobilinin sürücü Elnur Əliyev deyir ki, bu ilin fevral ayında idarə etdiyi maşını icbari qaydada sığorta etdirib. Amma bir neçə gün əvvəl onun yaşadığı ünvana və şəxsi kabinetinə avtomobilin icbari sığorta olunmaması barədə məktub gəlib. Elnur Əliyevin sözlərinə görə, icbari sığorta müqaviləsnin vaxtı gələn ilin fevral ayının 21-də bitəcək. Noyabrn 9-da Binəqədi rayonu Rəsulzadə qəsəbəsində hərəkətdə olarkən Elnur Əlyevə ''Asanpay.az'' saytında şəxsi kobinetinə məktub gəlib ki, icbari sığorta müqaviləsi bitdiyi üçün 50 manat məbləğində cərimə olunub. Sürücü bundan sonra sığorta şirkətinə müraciət edib. Ordan da bildirilib ki, onun avtomobilinin sığortası var. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, zərərçəkmiş sürücü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsin və fakt araşdırılsın. Həqiqətən də onun dediyi kimi olarsa, elektron protakol ləğv ediləcək.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












