Maşınlar ən çox hansı səbəblərdən yanır?

Avtomobil sahibləri üçün xəbərdarlıq: maşın yanğınları həm sürücülər, həm də digər yol istifadəçiləri üçün ciddi təhlükə yaradır. Ekspertlər bildirirlər ki, avtomobillərin yanmasının başlıca səbəbləri texniki nasazlıqlar, elektrik sistemində qısaqapanma, yanacaq sızmaları və düzgün aparılmayan təmir işləridir.
Avtosfer.az xəbər verir ki, həmçinin mühərrikin həddindən artıq qızması, yağ və yanacaq sistemindəki problemlər, eləcə də avtomobilin köhnəlmiş hissələrinin istifadəsi yanğın riskini əhəmiyyətli dərəcədə artırır. Ekspertlər qeyd edirlər ki, xüsusilə yay aylarında və uzun marşrutlarda motorun həddindən artıq qızması halları daha çox müşahidə olunur.
Mütəxəssislər sürücüləri maşınlarını vaxtaşırı texniki baxımdan keçirməyə, elektrik sistemini yoxlamağa və yanacaq sisteminə xüsusi diqqət yetirməyə çağırır. Onlar həmçinin avtomobilin mühərrik hissələrində hər hansı nasazlıq və sızma müşahidə edildikdə dərhal təmirə müraciət etməyin vacib olduğunu bildirirlər.
Uğurlu və təhlükəsiz sürücülük üçün mütəxəssislər həmçinin tövsiyə edirlər ki, avtomobillərdə yanğınsöndürən cihaz və ilkin tibbi yardım çantası həmişə hazır olmalıdır. Bu tədbirlər yalnız avtomobilin ömrünü uzatmır, eyni zamanda sürücülərin və sərnişinlərin həyatını qoruyur./baku.ws
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












