Maskalı şəxslər evə basqın ediblər - Sabunçuda

Sabunçu rayonunda evə basqın edilib. Avtosfer.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər. Daha sonra onlar istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıb. Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












