Maştağadakı bu yolda qaz boruları səkini tutub: Piyadalar üçün ciddi təhlükə - VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsinin Axund Şeyx Hüseyn küçəsində piyadaların təhlükəsiz hərəkət etməsi üçün nəzərdə tutulan səkilər qaz xətləri ilə tutulub.
Avtosfer.az xəbər verir ki, səkiyə paralel şəkildə çəkilmiş qaz boruları piyadaların normal şəkildə gediş-gəlişinə ciddi maneə yaradır.
Məsələ ilə bağlı ərazidə çəkilən görüntülərdən də aydın olur ki, borular səkiləri tamamilə zəbt edib. Nəticədə, piyadalar məcburiyyət qarşısında qalaraq avtomobillərin intensiv hərəkət etdiyi yolun kənarı, bəzən isə yolun ortası ilə hərəkət edirlər. Bu isə həm piyadaların, həm də sürücülərin təhlükəsizliyini riskə atır.
Sakinlərin sözlərinə görə, problem uzun müddətdir mövcuddur və dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, heç bir tədbir görülməyib.
Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












