"Maykl" qasırğası qurbanlarının sayı 36 nəfərə çatıb
Gündəm
21 Oktyabr 2018 19:29

Son insan ölümü hadisəsi Florida ştatında baş verib
ABŞ-da "Maykl" qasırğası qurbanlarının sayı 36 nəfərə çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" CNN-ə istinadən xəbər verir. Məlumata görə, son insan ölümü hadisəsi Florida ştatında baş verib. Bir qadın 10 gündür ölkənin cənub-şərqində tüğyan edən qasırğanın qurbanı olub. Hakimiyyət orqanları onun ölümünün təfərrüatlarını açıqlamayıblar. Bildirilir ki, təbii hadisə zamanı Floridada ümumilikdə 26 nəfər həlak olub. Digər 10 ölüm hadisəsi Corciya, Şimali Karolina və Virciniya ştatlarında qeydə alınıb. Daha əvvəl qasırğanın 33 nəfərin həyatına son qoyduğu bildirilirdi. ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton qasırğanın zərər vurduğu hər bir ərazi üzərində səylə çalışır.
Oxunub : 879
DİGƏR XƏBƏRLƏR
17 Oktyabr 2026 14:00
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
17 Oktyabr 2026 13:14
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
ŞƏRH YAZ












