“McDonald’s”dan sifariş verdiyi yeməkdən narazı qalıb pulunu geri istədi; görün nə baş verdi - ŞİKAYƏT

Onlayn yemək sifarişləri ilə bağlı istehlakçı narazılıqları artmaqda davam edir. Vətəndaşlar bəzi hallarda sifarişlərin natamam çatdırıldığını və şikayətlərinə vaxtında cavab verilmədiyini iddia edirlər.
Bununla bağlı Avtosfer.az-ın qaynar xəttinə müraciət edən izləyicilərdən biri iyunun 4-də, saat 14:00 radələrində yaşadığı problemlə bağlı şikayətini bölüşüb. Müştərinin sözlərinə görə, “McDonald’s” restoranından etdiyi sifariş tam şəkildə çatdırılmayıb. O bildirib ki, sifariş tətbiqdə tamamlanmış kimi göstərilsə də, məhsulların bir hissəsi ona təqdim edilməyib.
Şikayətçi məsələ ilə bağlı dəstək xidməti ilə əlaqə saxladıqdan sonra ona sifarişin iki başqa kuryer vasitəsilə çatdırıldığı bildirilib. Lakin müştəri bunun həqiqəti əks etdirmədiyini iddia edir:

“Mənə iki kuryerin sifarişi gətirdiyi deyildi. Halbuki sifariş ilk çatdırılmadan sonra sistemdə tam təhvil verilmiş kimi görünürdü. ilkin müraciət zamanı sifarişin natamam çatdırılmasına səbəb kimi kuryerin sifarişi tam şəkildə təhvil götürmədiyi bildirilib. Lakin müştəri kuryerlə əlaqə saxladığını və ona belə bir halın baş vermədiyinin deyildiyini qeyd edib. Bundan sonra çatışmazlığın kuryerdən deyil, sifarişin natamam hazırlanmasından qaynaqlandığı iddia olunub''.
Məsələ ilə bağlı “McDonald's”la əlaqə saxladıqda ona ödənilmiş məbləğin geri qaytarılacağı vəd edilib. Lakin sonradan qaytarılan məbləğin sifarişin dəyərindən dəfələrlə aşağı olduğu məlum olub.
Fatimə Dadaşova
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF












