Mədət Quliyev Gəncə hadisələrindən danışdı - FOTO

Noyabrın 14-də Qırğızıstan Respublikasının Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinədən Avtosfer.az-a verilən məlumata görə, general-polkovnik Mədət Quliyev tədbirdə “Beynəlxalq terrorçu təşkilatlardakı bəzi tendensiyalara və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dair” mövzusunda çıxış edərək bildirib ki, dünyanın bir sıra regionlarında, xüsusilə Yaxın Şərqdə hərbi-siyasi vəziyyət gərgin qalmaqda davam edir. “Suriya və İraq ərazisində hərbi əməliyyatların aktiv fazasının başa çatmasına baxmayaraq, terrorçu və dini-ekstremist təşkilatlar tərəfindən həmin regionun hüdudlarından kənarda özəklərini yaratmaq cəhdləri qeydə alınır”. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bildirib ki, Azərbaycanda dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri özünü daha qabarıq şəkildə bu ilin iyul ayında göstərib. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd olunub. Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətlər törədən 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər məhv edilib. General-polkovnik Mədət Quliyev qlobal təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və kollektiv tədbirlərin görülməsinin zəruri olduğunu bildirib. Bu baxımdan türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin aktual və vacib olduğunu qeyd edən Xidmət rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması yönümündə təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Konfransın XXI iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin yüksələcəyinə ümidvar olduğunu qeyd edib. General-polkovnik Mədət Quliyevin iclas çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Namiq
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ
Azərbaycandakı magistral yolların başlanğıc nöqtəsi haradır? – Ekspert AÇIQLADI
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO








