Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur - VİDEO

Dövlət başçısının hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməklə yük və sərnişin daşımasını asanlaşdırmaq istiqamətində verdiyi sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ildə Bakı şəhərində uzunluğu 106.4 km olan 11 qəsəbələrarası avtomobil yolu layihəsinin icrası nəzərdə tutulub ki, artıq bu layihələrdən bir-neçəsində işlərə start verilib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq icra edilən layihələrdən biri 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yoludur.
7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Sözügedən yolun bu il Bakı şəhərində yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası yolların siyahısına daxil edilməklə problem artıq öz həllini tapır.
Yol boyu layihə əsasında tam yeni və müasir yol infrastrukturu yaradılır. Yenidənqurma işləri zamanı bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə işlər aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə mövcud eni 7 metr olan yolun hərəkət hissəsinin imkan daxilində 8-9 metrə qədər genişləndirilməsi işləri aparılır, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik yeni piyada səkiləri tikilir, kənarlarına yeni səki daşları düzülür.
Tikinti layihəsinə uyğun olaraq, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Bundan başqa zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, yararlı çınqıl materialı tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşasından sonra isə yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Bu işlər 60 min kv.m-ə yaxın sahəni əhatə edəcək.
Texnoloji ardıcıllıqla aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu yeni yol nişanları və məlumatveri lövhələr quraşdırılacaq, yolcizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılacaq. Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Namiq
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO










