Mehdiyevin qızının ölümündən sonra gündəm oldu – Hamı bundan danışır…

Tanınmış vəkil Fərhad Mehdiyevin qızının ölümü ilə nəticələnən hadisə köhnə və texniki nasaz avtomobillərlə bağlı problemləri yenidən gündəmə gətirib. Vəkil bildirib ki, qəza zamanı yolun kənarında dayanan avtomobil nasaz olub və belə vəziyyətdə nəqliyyat vasitəsinin yola çıxması ciddi suallar yaradır.
Köhnə avtomobillərin utilizasiyası və istismardan çıxarılması prosesi hansı formada aparılır? Avtomobillərin texniki baxışdan keçirilməsi qaydaları daha da sərtləşdirilə bilərmi?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, Azərbaycanda köhnə avtomobillərin utilizasiyası prosesi gözlənilən səviyyədə inkişaf etməyib və sürətli xarakter almayıb:
“Əslində, utilizasiya olunan hər bir nəqliyyat vasitəsinə görə vətəndaşlara onun dəyərinə uyğun kompensasiya ödənilməlidir. İnsanlara elə imkan yaradılmalıdır ki, utilizasiyaya verilən avtomobilin əvəzində müəyyən əlavə vəsait hesabına daha yeni və normal vəziyyətdə olan nəqliyyat vasitəsi əldə edə bilsinlər. Hazırkı vəziyyətdə utilizasiya prosesinin effektiv həyata keçirildiyini demək çətindir. Digər tərəfdən, köhnə avtomobillərin məcburi qaydada dövriyyədən çıxarılması insan hüquqları baxımından da mübahisəli məsələdir. Vətəndaşın mülkiyyətində olan avtomobilin zorla utilizasiyaya göndərilməsi kütləvi şəkildə tətbiq oluna bilməz. Belə addımlar atılarsa, avtomobil sahiblərinə adekvat kompensasiya ödənilməlidir. Bu isə hazırda müşahidə olunmur. Nəticədə utilizasiya proqramı hələlik özünü doğrultmayan layihə təsiri bağışlayır”.
ilqar
İlqar Hüseynli
Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsinin yolda nasaz vəziyyətdə qalması onun istismar müddətini başa vurması anlamına gəlmir:
“Texniki nasazlıqlar yeni avtomobillərdə də baş verə bilər. Həmin qəzada yol hərəkəti təhlükəsizliyi baxımından əsas məsələ sürücünün davranışıdır. Nəqliyyat vasitəsi xarab olduqda sürücü qəza dayanma nişanını avtomobildən təxminən 15-20 metr arxada yerləşdirməliydi ki, digər hərəkət iştirakçıları qarşıda maneə olduğunu vaxtında görə bilsinlər. Kadrlardan göründüyü kimi, nasaz avtomobilin sürücüsü bu tələbi yerinə yetirməyib. Texniki baxış zamanı avtomobildə qəza dayanma nişanının olub-olmaması da yoxlanılır.
Buna görə də araşdırmaq lazımdır ki, o nəqliyyat vasitəsi sonuncu dəfə texniki baxışdan keçibmi və keçibsə, bu təhlükəsizlik vasitəsi avtomobildə mövcud olubmu. Motosikletin yüksək sürətlə hərəkət etməsi də ayrıca məsələdir. Lakin xəbərdaredici nişan quraşdırılmış olsaydı, sürücünün maneəni əvvəlcədən görərək sürəti azaltmaq, nəqliyyat vasitəsini idarə etmək və mümkün qəzanın qarşısını almaq imkanı daha çox olardı. Bu proses daha da təkmilləşdirilməli, mövcud qaydalar yenidən nəzərdən keçirilməlidir”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










