Məhkəmə 5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi

Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun barəsində verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Qərara əsasən, şikayət təmin edilib, E.Aslanova bəraət verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 2016-cı ilin sentyabrın 10-da Ələt-Astara yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsində olub. Lənkəranın Boladi kənd sakini Bəxtiyar Quliyevin avtomobili Parakənd qəsəbə sakini Eldar Aslanovun avtomobil ilə toqquşub. Nəticədə Bəxtiyar Quliyev, onun həyat yoldaşı Əzizə Quliyeva, sərnişinlər - Bahar Bağırova, Nazilə Seyfullayeva və Reyhan Mahmudova ölüblər. Digər sürücü Eldar Aslanov və sərnişinləri Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli və Elvin Mirzəzadə isə xəsarət alıblar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













