Məhkəmə Anar Allahverənovun atasının təsadüfi yol qəzası nəticəsində öldüyü qənaətinə gəlib

Rusiyanın Xabarovsk vilayətinin Jeleznodorojnı məhkəməsi Azərbaycan vətəndaşının ölümünə səbəb olan taksi sürücüsü barəsində hökm çıxarıb. “Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Hadisə 16 yanvar 2018-ci il tarixində "Kərpic zavodu" dayanacağı yaxınlığında məşhur rusiyalı idmançı Andrey Draçovun ölümündə ittiham olunan azərbaycanlı Anar Allahverənovun atası Əliyar Allahverənov piyada zolağından keçən zaman baş verib.
İstintaq və məhkəmə müəyyən edib ki, yol-nəqliyyat hadisəsi sərnişin daşımaq ilə pul qazanan 25 yaşlı kişinin günahı ucbatından sırf təsadüf nəticəsində baş verib və burada heç bir qisas almaq niyyəti olmayıb.
Hadisə baş verən zaman mərhumun oğlu istintaq təcridxanasında olub və səs-küyə səbəb olan məhkəm prosesini gözləyib. Anar məşhur idmançı Andrey Draçovu xuliqanlıq zəminində öldürməkdə ittiham olunur. Buna görə də, təqsirləndirilən şəxsin atasının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini izah edən versiyalardan biri kimi, ilk növbədə, intiqam almaq fərziyyəsi nəzərdən keçirilib. Ancaq istintaq mərhələsində bu versiya öz təsdiqini tapmayıb.
Məhkəmənin hökmü ilə taksi sürücüsü 3 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmiş tərəf cənazənin Azərbaycana aparılması və dəfn xərclərinin ödənilməsi məqsədi ilə taksi sürücüsünə qarşı daha bir məhkəmə iddiası qaldırmaq niyyətindədir.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












