Məhkəmə intihar edən qızın keçmiş nişanlısına bəraət verdi

Ali Məhkəmədə özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Ələddin Cavadovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Qeyd edək ki, A.Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısı Ə.Cavadovdan ayrılıb. İlkin ehtimala görə, A.Ağaməmmədova buna görə özünü 17-ci mərtəbədən ataraq intihar edib. Binəqədi Rayon Məhkəməsi Ə.Cavadov barəsində bəraət hökmü çıxarıb və Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












