Məhkəmə proseslərinin onlayn rejimdə də müşahidə edilməsi mümkün olacaq

Azərbaycanda məhkəmə proseslərinin onlayn rejimdə də müşahidə edilməsi mümkün olacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxrılan Mülki Prossesual Məcəlləyə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, işdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin iclas zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin məhkəmənin icazəsi ilə kompüterdən istifadə etməklə istifadə etməklə qeydə almaq hüququ var. Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla, məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər.
Bəndə edilən əlavədə qeyd olunub ki, məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və iclasın onlayn rejimdə müşahidə edilməsi imkanı, habelə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı “Elektron məhkəmə” informasiya sistemi tərəfindən təmin olunur.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










