Məhkəmədə bağça müdiri ilə müavini arasında mübahisə düşdü

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs qismində Samirə Quliyeva dindirilib. O deyib ki, bağçaya dayə kimi işə düzəlmək məqsədilə 1200 manat məbləğində pul verib: “Pulumu indiyədək qaytarmayıblar, buna görə mənə vurulan ziyanın ödənilməsini tələb edirəm”. Sonra digər zərərçəkmiş Şəhla Heydərova ifadə verib. O deyib ki, işə düzəlmək üçün Tərlan Bağırova dörd min manat pul verib, lakin hələ də ona dəyən ziyan ödənilməyib. Təqsirləndirilən Aləmzar Əliyeva zərərçəkmişə sual vermək istəyərkən digər təqsirləndirilən Tərlan Bağırova ona mane olub. T.Bağırova iddia edib ki, pul ona yox, Aləmzara verilib. A.Əliyeva isə bunu inkar edib və zərərçəkmişdən pul almadığını bildirib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hakim tərəfləri sakitləşdirib, onları iltizama dəvət edib. Proses dekabrın 10-da davam etdiriləcək.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












