Məişət tullantıları ilə çirkləndirilmiş ərazi operativ olaraq təmizlənib

Nabran ərazisində meşə ətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan və sosial şəbəkədə yayılan video məlumat dərhal Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.Az-a verilən məlumata görə, məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyən edilib. Əraziyə baxış zamanı 500 m2 sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq ETSN-nin əmədaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib.
Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və protokol tərtib olunaraq Nabran bələdiyyəsinin sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan məcburi göstəriş verilib.
ETSN ətraf mühitin qorunması, təbiəti mühafizə və tullantıların idarə olunması sahəsində əsil vətəndaş mövqeyi nümayiş etdirərək Nazirliyin işinə dəstək göstərən hər bir şəxsə təşəkkürünü bildirir.
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO










