Məişət zorakılığı ilə bağlı 558 cinayət qeydə alınıb - Bu il

Bu il Azərbaycanda məişət zorakılığı ilə bağlı 558 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Avtosfer.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 1,6 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 10,0 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 7,0 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 89,8 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 4,8 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 3,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,2 faizi özünü öldürmə həddinə çatdırma, 2,0 faizi isə digər cinayətlərə aiddir. Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 2017-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 16,4 faiz azalaraq 575 nəfər olub ki, onların da 77,7 faizini qadınlar, 1,4 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












