Məktəb direktorunu vuran polis: “qızımı ələ salmışdılar”… - FOTO

Türkiyənin Bursa şəhərində polis məmuru övladının oxuduğu məktəbin direktor və onun köməkçisini ayağından yaralayıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, dünən polis məmuru olan İlhan Özcanın məhkəməsi başlayıb. Məhkəmədə yaralanan məktəb direktoru və köməkçisi ilə birgə məktəbin digər müəllim heyyəti də iştirak edib. Ayağından yaralanan direktor Tülay Taş açıqlamasında onların problemli ailə olduqlarını, əvvəllər sözügedən ailə haqqında aidiyyatı qurumlara şikayət verdiyini də bildirib. “Hadisə baş verən gün, hər zamankı saatda işimə gəldim. Müəllimlərlə görüşdükdən sonra koridorda İlhan bəylə yoldaşını gördüm. Yaxınlaşmaq istədikdə belindən silahı çıxarıb atəş açdı, qaçıb otağımda gizləndim, sonra çıxıb getdi. Məni və köməkçimi ağır yaralayıb, ondan şikayətçiyik”. Daha sonar cinayətkar qismində saxlanılan polis məmuru İlhan Özcan dindirilib. İlhan Ö. Tülay Taşın söylədiklətini inkar edərək: “Qızım yanıma gələrək, sinifdəki uşaqlardan birinin tez-tez onu narahat etdiyini söylədi. Mən də gedib direktora vəziyyəti bildirib, ondan kömək istədim. Ertəsi gün direktor qızımın sinifinə girərək "sənə kim təcavüz edib"-deyə sual verdikdən sonra sinifyoldaşları qızımı ələ salmağa başlayıb. Bu hadisədən sonra qızımın vəziyyəti pisləşdi, yaşaşnan olay qızımın psixologiyasında ciddi travma yaradıb, dərslərinə diqqət verə bilmir”- deyə bildirdi. Ömrlük həbsi istənilən polis məmuru İlhan Özcanın məhkəməsi başqa şahidlərindən də dindirlisməsi üçün sonrakı günlərə ertələnib.

Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












