Məktəbdə dəhşətə hazırlıq: Satanistlər şagirdləri öldürüb ətini yeyəcək, qanını içəcəkdi

Məktəbdə şagirdlər dəhşətli plan hazırlayaraq onlarla uşağı öldürmək və daha sonra qanını içməyi planlaşdırıb. Avtosfer.az cebhe.info-ya istinadən xəbər verir ki, buna hazırlıq işləri ABŞ-ın Florida şatatındakı Bartau şəhərində aparılıb. Polis planın üstünü açıb. Planı hazırlayan 11 və 12 yaşlı iki qız olub. Onlar Şeytana daha yaxın olmaq üçün bu addımı atmaq qərarına gəlib. Plana əsasən, qızlar özlərindən kiçik və daha zəif şagirdləri tualetə apararaq hücum edib öldürəcək, ətini yeyib, qanını içəcəkmiş. Şagirdlər düşünüblər ki, bu cinayətləri törətdikdən sonra intihar edəcək və günahlarına görə cəhənnəmə düşərək Şaytana daha yaxın olacaqlar. Qızların dəhşətli planı dərs buraxmalarından sonra açılıb. Onları hər yerə axtardıqdan sonra əllərində bir neçə bıçaq və digər avadanlıqla tapıblar. Uşaqlar saxlanılıb və yetkinlik yaşına çatmayanlar üçün müəssisəyə göndəriliblər. Onlara qarşı ittihamların necə irəli sürülücəyinə prokuror qərar verəcək.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












