Banner

Məktəblərdə yeni dərs saatları… Yenilik nələri dəyişəcək? - TIXACIN SONU…

Gündəm 22 Oktyabr 2026 15:36
Məktəblərdə yeni dərs saatları… Yenilik nələri dəyişəcək? - TIXACIN SONU…
WhatsApp kanalımıza abunə olun

Bakıda tıxacların azaldılması məqsədilə dərs saatlarının mərhələli şəkildə dəyişdirilməsi təklif olunur. 

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti Eldəniz Cəfərov Ajans.az-a açıqlamasında bildirib ki, xüsusilə paytaxtın mərkəzində yerləşən universitetlərdə dərslərin fərqli saatlarda başlayıb başa çatması nəqliyyat sıxlığının qismən aradan qaldırılmasına kömək edə bilər. Eyni vaxtda çoxsaylı insanların və avtomobillərin yollara çıxması nəqliyyat sıxlığı yaradır. Mövcud sıxlıq düzgün idarə olunmadıqda isə tıxaclara səbəb olur.

E.Cəfərovun sözlərinə görə, dərs saatlarının müxtəlif vaxtlara təyin edilməsi yollardakı nəqliyyat yükünü bölüşdürməyə imkan verər. Xüsusilə səhər və axşam pik saatlarında dərsə gedən və dərsdən qayıdan tələbələrin hərəkət vaxtlarının fərqləndirilməsi ümumi sıxlığın azalmasına şərait yarada bilər.

Ekspert qeyd edib ki, bu mexanizmin tətbiqi zamanı universitetlərdə dərslərin yalnız başlama saatları deyil, başa çatma vaxtları da nəzərə alınmalıdır. Beləliklə, tələbələrin eyni vaxtda yollara çıxmasının qarşısı qismən alına bilər.

O, hesab edir ki, təklifin səmərəliliyini qiymətləndirmək üçün ilk növbədə pilot layihənin həyata keçirilməsi məqsədəuyğundur. Onun fikrincə, dərs saatlarının dəyişdirilməsi əvvəlcə nəqliyyat sıxlığının daha çox müşahidə olunduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilə bilər.

Ekspertin qənaətinə görə, mərhələli yanaşma nəticəsində əldə olunan göstəricilər bu mexanizmin daha geniş ərazidə tətbiqinin nə dərəcədə effektiv olacağını müəyyənləşdirməyə kömək edə bilər.
 

Oxunub : 670
ŞƏRH YAZ
Ad

E-mail

Şərh