Məktəblərdəki şagird sıxlığı necə tənzimlənməlidir? – EKSPERTDƏN AÇIQLAMA

Son illərdə təhsil sahəsində aparılan islahatlara baxmayaraq, bəzi məktəblərdə şagird sıxlığının normadan artıq olduğu müşahidə olunur. Bu vəziyyət həm tədrisin keyfiyyətinə, həm də müəllimlərin yüklənməsinə birbaşa təsir göstərir.
Bir çox hallarda sinif otaqlarında şagird sayı normadan artıq olduğu üçün fərdi yanaşma imkanları azalır, tədris prosesi çətinləşir və nəticədə ümumi nailiyyətlərə də mənfi təsir edir. Eyni zamanda, sıxlıq məktəblərdə infrastruktur problemlərinin də daha qabarıq şəkildə görünməsinə səbəb olur.
Bəs niyə bəzi məktəblərdə şagird sıxlığı normadan çoxdur və bunu necə tənzimləmək olar?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, şagird sıxlığını yaradan əsas səbəb təbii ki, əhalinin daha çox Bakı və Bakı ətrafı ərazilərdə yerləşməsidir:

“Məktəblərdəki şagird sıxlığını yaradan səbəb həmin ərazidəki əhali sıxlığının normadan artıq olmasıdır. O səbəbdən də tutalım, 800 şagird üçün nəzərdə tutulmuş məktəbdə 1500-2000 arası uşaq təhsil almalı olur. Pedaqoji qaydalarda məktəblərdə şagird yerləşdirilməsi, sıxlığın yaradılmaması əsas meyarlardan biridir. Hər sinif otağında, hər uşaq başına düşən sahə 2 kvadrat metr olmalıdır.
İndiki şərtlərlə isə bu mümkün deyil. Təbii ki, bu qaydanın gözləndiyi məktəblərimiz də az deyil. Amma Bakı, Sumqayıt və Abşeron, eləcə də digər bir neçə iri şəhərlərimizdə bu prinsipin qorunması nəzəri baxımdan çox çətindir. Amma şagird sıxlığının qarşısını almaq üçün görüləsi tədbirlər də yox sayılmamalıdır. Bunun üçün ilk növbədə şagird yerləşdirilməsində ərazi inzibati amilində müəyyən güzəştlərə gedilməlidir. Daha sonra dərs cədvəli üzrə növbələşmədə çətin də olsa bir qərar verilməlidir”.

Ekspert əlavə olaraq qeyd edib ki, şagird sayı sıx olan məktəblər 2 növbəli sistemdən, 3 növbəli sistemə keçməlidir:
“Bu zaman bir sinif otağı iki yox üç sinifə xidmət göstərməlidir. Doğrudur, bu, hədsiz çətin, bəzi məktəblər üçün bəlkə də mümkün olmayan prosesdir. Çünki növbəlilik prinsipi həm də dərs saatları sayından asılıdır. Bir sinifdə 5-6 saat dərs keçirilirsə, ondan sonra daha iki növbə üzrə də tədrisi təşkil etmək müşküldür. Amma əmin olun ki, indiki reallıqlarda şagird sıxlığını az da olsa yumşaltmaq istəyiriksə, atmalı olduğumuz addımlardan biri də məhz budur”.
Eltac Zülfüqaroğlu
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












