Məktəblərdən oğurluq edən şəxslər saxlanılıblar - FOTO

Bakıda orta məktəblərdən avadanlıqlar oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, paytaxtda yerləşən 54 saylı tam orta məktədən naməlum şəraitdə 4 ədəd hər birinin qiyməti 700 manat olan proyektorun oğurlanması barədə Nəsimi rayon Polis idarəsi 19-cu polis şöbəsinə məlumat daxil olub. “İsti izlər"lə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların paytaxtın Səbail və Xətai rayonlarında yerləşən daha 3 məktəbdən televizor, noutbuk və digər ləvazimatlar oğurladıqları məlum olub. Dəstə üzvləri oğurladıqları əşyaların bir qismimi sataraq əldə etdikləri pulu aralarında bölüblər. Faktlarla bağlı Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.
Namiq
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO

















