Məktub yazıb evdən qaçdı: "Məni axtarmayın, geri dönməyəcəm" - VİDEO

Siyəzənin Yenikənd ərazisində yaşayan 16 yaşlı Əlikram Fərzəliyev ailə üzvləri toyda olarkən evdən qaçıb. 16 yaşlı yeniyetmə evdən çıxıb və bir daha geri qayıtmayıb. Evə yazıb qoyduğu məktubda isə onu axtarmamalarını və bir daha evə dönməyəcəyini bildirib. Hadisə Siyəzən rayonunun Yenikənd kəndində baş verib. Oğlunun itməsi ilə bağlı "xəzərxəbər"ə müraciət edən atası İslam Fərzəliyev oğlu Əlikramın 5 gün öncə yoxa çıxdığını bildirir. Atası deyir ki, oğlu Əlikram ailədə iki qardaşdan böyüyü olub və 9-cu sinifdən məktəbdən ayrılaraq təhsilinə davam etməyib. İslam Fərzəliyev oğlunun ailə daxilində heç bir probleminin olmadığını bildirib. İslam Fərzəliyev oğluna müraciət edərək onun geri qayıtmasını xahiş edir. İslam Fərzəliyev bildirir ki, 16 yaşlı Əlikram Fərzəliyev evdən çıxarkən əynində göy şalvar, göy kurtka, başında isə qara papaq olub. O, oğlunu görənlərdən Siyəzən rayon Polis şöbəsinə müraciət etməyi xahiş edir.
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR












