Memorandumu onlar imzalayıblar - ADLAR

Vaşinqton və Tehran arasındakı qarşılıqlı anlaşma memorandumunu ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey. Di. Vens və İran parlamentinin sədri Məhəmməd-Baqer Qalibaf elektron formatda imzalayıblar. Avtosfer.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti amerikalı rəsmiyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb. İran Prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək: "Bütün fəaliyyətlər milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xətlər çərçivəsində həyata keçiriləcək". Bir qədər əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikası və ABŞ nümayəndə heyətlərinin iyunun 19-da Cenevrədə görüş keçirə biləcəyini açıqlayıb. O qeyd edib ki, memorandum imzalandıqdan sonra danışıqların növbəti mərhələsinin ilk raundu baş tutacaq. İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai isə bəyan edib ki, Tehran Vaşinqtonla memorandumu imzalama mexanizmi barədə yekun qərarı iyunun 15-i və ya 16-da qəbul edəcək.
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX












