Məmurların 48 milyon dollardan çox pul oğurlamasına görə cinayət işi açılıb

Ermənistan Baş Prokurorluğu "Şimal-Cənub" avtodəhlizinin tikintisi zamanı baş vermiş vəzifə səlahiyyətlərindən sui istifadə və digər qanun pozuntuları ilə bağlı cinayət işi açıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, baş vermiş qanun pozuntuları səbəbindən dövlət büdcəsinə 23,5 milyard dram (48,69 milyon ABŞ dolları) zərər dəyib. Baş Prokurorluq Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Şimal-Cənub avtodəhlizi" layihəsinin həyata keçirilməsi üzrə arayışlarını yoxlayan zaman müəyyən edib ki, layihənin həyata keçirilməsi zamanı səlahiyyətli şəxslər 2009-2018 illər ərzində əsassız şəkildə və kifayət qədər araşdırma aparmadan layihənin həyata keçirilməsi və tikinti üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələri dəfələrlə dəyişib, müqavilələrə səmərəsiz və əsassız işlər əlavə ediblər. Müqavilələrdə həmçinin qiymətlərin şişirdilməsi halları olduğu, həmçinin göstərilən xidmətlərə təkrar və ya ehtiyac duyulmayan işlər əlavə olunduğu müəyyən edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












