Mən də, ailə üzvlərim də ictimai nəqliyyatdan istifadə edirik - Anar Rzayev

"İctimai nəqliyyatda bizi tam qane etməyən əsas məsələ sərnişin sıxlığıdır. Hazırda məqsədimiz bu sıxlıq səviyyəsini təxminən 90%-dən 70%-ə endirməkdir. Bu istiqamətdə müəyyən nəticələr əldə olunsa da, hələ görüləsi işlərimiz çoxdur".
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Agentlik sədri özünün və əməkdaşlarının da gündəlik həyatda ictimai nəqliyyatdan, xüsusilə metrodan aktiv istifadə etdiyini qeyd edib:
"AYNA-nın inzibati binası Nərimanov rayonu ərazisində yerləşir, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə isə tez-tez getmək lazım olur. Nazirliyin binası "Sahil" metro stansiyasının yaxınlığında yerləşdiyi üçün həm mən, həm də digər əməkdaşlar metrodan tez-tez istifadə edirik. Yaşadığım ərazidə infrastruktur əlverişli olduğu üçün əsasən piyada hərəkətə üstünlük verirəm, bəzən isə avtobusdan istifadə edirəm".
Anar Rzayev ailə üzvlərinin də ictimai nəqliyyatın xidmətlərindən yararlandığını vurğulayıb:
"Ailə üzvlərim əsasən 26, 202 və 3 nömrəli avtobus marşrutlarından istifadə edirlər. Məlumat üçün bildirim ki, 26 nömrəli marşrut üzrə avtobus parkının yenilənməsi hələ tam başa çatmayıb, lakin bu istiqamətdə işlər davam edir".
AYNA rəhbəri ictimai nəqliyyat sisteminin arxasında duran böyük əməyə də diqqət çəkib. O bildirib ki, hər gün minlərlə metro reysi qrafik üzrə icra olunur, avtobuslar isə tıxac şəraitinə rəğmən fəaliyyətlərini davam etdirirlər:
"Bütün bunların arxasında gecə-gündüz çalışan insanlar var: avtobusların təmizlənməsi, texniki baxışlar, sürücülərin reysqabağı tibbi yoxlamaları həyata keçirilir. Bu prosesin birbaşa içində olduğum üçün həmin əməyin miqyasını yaxşı bilirəm. Bu səbəbdən sistemə yalnız tənqid prizmasından yanaşmaq istəməzdim. Əsas hədəfimiz sərnişinlər üçün daha rahat və keyfiyyətli xidmət təmin etməkdir".
Bakıda fəaliyyət göstərən köhnə avtobuslar yenilənəcək - AYNA sədri
Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir - AYNA-dan xəbərdarlıq
Taksilər avtobus zolaqlarından istifadə edə bilər? - AÇIQLAMA
Məqsəd sürücünü cərimə ilə “cəzalandırmaq” yox, onu ...
"Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır" - AYNA sədri
"2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" - Anar Rzayev
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Paytaxtın 24 küçəsində sıxlıq var - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Benzinlə bağlı MÜHÜM XƏBƏR
Restoran və kafelərdə qiymət artımının əsas səbəbləri nədir? – EKSPERT ŞƏRHİ
Bakıdakı dayanacaqlarda hansı problemlər avtobuslara çətinlik yaradır? – MÜTƏXƏSSİS RƏYİ








