“Mən fahişə olmuşam”: Nəfsinə qurban gedən gənc qızla açıq söhbət - VİDEO

Fazilə Həsənova (şərti) orta təhsilini rayonda alıb. Dediyinə görə, rayonda çox ağıllı, çalışqan qız olub. Universitetə qəbul olmaq isə əsas hədəflərindən biri olub. Universitetlərdən birinə qəbul olur və Bakıya gəlir. Dostları ona “Bakı səni çox dəyişəcək” deyir. Bunu söyləyənlərə isə Fazilə Mustafayeva “insanın öz ağlı varsa, mühit insanı dəyişməz” deyib. Deyilənlər həqiqət olur və mühit Faziləni çox dəyişir. Ətrafındakı insanların pis yolda olması onu da bu yola sövq edir. Hər gün fərqli məkanlar, içki məclisi və s. İlk əvvəllər ona bu həyat çox xoş gəlir. Müsahibimiz deyir ki, hətta bir gün harasa getməyəndə darıxırmış. Evdən universitet üçün göndərilən bütün pulları isə kef məclislərinə xərcləyirmiş. O, deyir ki, gün ərzində ən azı dörd-beş nəfərlə görüşürmüş: “Gündə üç-dörd kişi ilə görüşürdüm. 100, 300, 1000 manat arası pul qazanırdım. Bir manatını belə olsa, özümə xərcləmirdim”.
O, pula ehtiyacı olsa da heç vaxt ərəblərlə görüşmədiyini deyib:“Ərəblər dəfələrlə görüşmək istədilər. Mən isə razılıq vermədim. 1000 manat təklif etsələr belə onlarla görüşmərəm, iyrənirəm”.
Fazilə Həsənovanın yanına gələnlərdən biri onun həyatını tamamilə dəyişib: “Bir gün biri ilə görüşdüm. Həyatımın dönüş nöqtəsi o gündən sonra oldu. O, həkim idi. QİÇS xəstəliyinə yoluxduğumu dedi. Məni inandırdı. Həmin gündən həyat mənə dar gəldi. Özümə qapandım, heç yerə getmək istəmirdim. Ən əsası, tövbə etdim. Həmin adam biləndəki mən tövbə etmişəm, o sevindi və məndə bu xəstəliyin olmadığını, yalan söylədiyini dedi. İndi həmin insanla dostluğum davam edir. Ən sadiq insandır mənə”.
Fazilə Həsənova etdiyi səhvlərə görə çox peşmandır. Deyir ki, buna görə özünü bağışlamayacaq:
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










