Mənsimovun bir tankerini əlindən alıb hərraca çıxardılar

Azərbaycanlı oliqarx Mübariz Mənsimovun "Palmali" gəmiçilik şirkətinə məxsus tankerlərdən biri Estoniyada limana olan borcuna görə hərraca çıxarılıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, "Masallı" adlı 13 min ton tutumu olan tanker bir neçə aydır borca görə təmir üçün yan aldığı Estoniya limanlarından birində saxlanılırdı. Gəmi heyəti aylardır maaş almırdı. Tankerin satılmasına dair hərrac oktyabrın 31-nə təyin edilib. Xatırladaq ki, Mənsimovun donanması böyük borclar üzündən batır, "Palmali"nin bir neçə tankeri Rusiya sahillərində faktiki atılmış vəziyyətdədir və heyət üzvləri aylardır maaş almadıqlarına görə dəfələrlə aclıq aksiyaları keçiriblər. "Palmali Gemiçilik" A.Ş. şirkətinin Rusiyadakı törəmə şirkəti "Palmali" MMC barədə Rostovda müflisləşmə proseduru başladılıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












