Mənzil oğrusu saxlanılıb - Qusarda

Qusarda mənzil oğrusu saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qusar rayonu Köhnəxudat kənd sakini Orxan Gülməmmədov noyabrın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 350 manat pulunun oğurlandığı barədə məlumat verib. Məlumatla əlaqədar Qusar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xürel kənd sakini İsmayıl Mədətov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə qanunsuz daxil olaraq oradan 350 manat pul oğurladığını, əldə etdiyi pulları isə rayon ərazisində xərclədiyini bildirib. Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












