Mənzil tələb edən şəxs prospektdə hərəkəti dayandırdı: Tıxac yarandı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində sentyabrın 11-də vətəndaşların növbəti qəbulu keçirilərkən xoşagəlməz hadisə baş verib. Komitədən Avtosfer.az-a verilən məlumata görə, qəbula gəlmiş Ağdam rayon sakini Ağayev Yaşar Bəkir oğlu məcburi köçkün kimi ona da mənzil verilməsi barədə tələbinin yerinə yetirilməməsini bəhanə gətirərək, idarə etdiyi “Mercedes” markalı avtomobillə Tibilisi prospektinin Dövlət Komitəsinin qarşısından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa cəhd göstərib. Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerində olan polis əməkdaşları və Dövlət Komitəsi işçiləri qayda pozuntusnun qarşısını almaq məqsədilə təcili tədbirlər görüb, avtomobili yolun hərəkət hissəsindən kənara çəkiblər. Vətəndaş Ağayev Yaşar Bəkir oğlu yenidən Komitəyə dəvət olunub, ona mənzil tələbinin indiki mərhələdə həlli üçün qanuni əsasların olmadığı bir daha izah edilib. Bundan sonra Y.Ağayev ictimai asayişin pozulmasına səbəb olan hərəkətə yol verdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində mövcud qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












