Mənzildən 4 min manatlıq qızıl oğurlanıb - Hacıqabulda

Hacıqabulda mənzildən 4 min manatlıq qızıl oğurlanıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 20-də Hacıqabul rayonu Meyniman kənd sakini Nüsrət Nəsirov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən qızıl-zinət və məişət əşyalarınını oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının və 100 manat dəyərində məişət avadanlıqlarının oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayonu Meyniman kənd sakini, 26 yaşlı Rövşən Hümbətov saxlanılıb. Dindirilmə zamanı R.Hümbətov törətdiyi cinayəti etiraf edib. Oğurladığı əşyaların hamısı ondan maddi sübüt kimi götürülüb.
Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












