Mənzildən 5200 manat və 300 ABŞ dolları oğurlanıb - FOTO

Bərdə rayonunda mənzildən 5200 manat və 300 ABŞ dolları oğurlanıb. Bu barədə "Report"un Qarabağ bürosuna DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Belə ki, rayon sakini Təranə Cəfərova avqustun 27-də Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən pullarının oğurlandığı barədə məlumat verib. Məlumatla əlaqədar Bərdə RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və "isti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkmən kənd sakinləri Şöhrət Əliyev və Səbinə Cəfərova saxlanılıb. Araşdırmalarla onların əvvəlcədən əlbir olan bir qrup şəxs qismində Təranə Cəfərovaya məxsus evdən 5200 manat və 300 ABŞ dolları oğurladıqları məlum olub. Oğurlanmış pulların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA














