Məqsəd Orta Dəhlizi Şərq və Qərb arasında nəqliyyat körpüsünə çevirməkdir - Tokayev

Türk Dövlətləri Təşkilatının (TDT) strateji məqsədi Orta Dəhlizi Şərq və Qərb arasında nəqliyyat körpüsünə çevirməkdir. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bunu ölkənin Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
Qazaxıstan Prezidenti, tarif siyasətindəki dəyişikliklər ilə əlaqədar ciddi transformasiya yaşayan qlobal ticarətdəki vəziyyəti xatırladıb.
K.Tokayevin fikrincə, bu cür hallar həm çağırışlar, həm də yeni imkanlar yaradır. O, çətinliklərin öhdəsindən gəlmək üçün sənaye, nəqliyyat və logistika, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sektorlarda səyləri birləşdirməyi təklif edib.
Qazaxıstan Prezidenti həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələri "Şimal-Cənub" istiqaməti də daxil olmaqla, iri infrastruktur layihələrinin birgə həyata keçirilməsinə çağırıb. Bu da türk regionunun əsas tranzit mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












